Cüdoçularımız Avropa kubokunda 8 medal qazanıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Cüdo üzrə Azərbaycan millisi Xorvatiyada keçirilən böyüklər arasında Avropa Kubokunda parlaq nəticəyə imza atıb.
Yığmamız Dubrovnik şəhərində təşkil olunan yarışda 3-ü qızıl, 2-si gümüş və 3-ü bürünc olmaqla, ümumən 8 medal qazanıb.
Təmsilçilərimizdən 90 kq çəkidə çıxış edən Murad Fətiyev kişilərin mübarizəsində, müvafiq olaraq 52 və 57 kiloqramda yer alan Aydan Vəliyeva və Fidan Əlizadə isə qadınların turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Finalda Aydan Vəliyevaya uduzan Gültac Məmmədəliyeva və 81 kiloqramda qüvvəsini sınayan Kərim Allahverdiyev gümüş mükafatla kifayətlənib.
Daha 3 nümayəndəmiz ‒ Kamran Süleymanov, Vüqar Talıbov və Nərmin Əmirli isə bürünc medalın sahibi olub.
Beləliklə, turniri 8 mükafatla başa vuran komandamız Avropa kubokunu 1-ci pillədə tamamlayıb.
Qeyd edək ki, aprelin 5-dən 6-na qədər davam edən yarışda 39 ölkədən 413 cüdoçu mübarizə aparıb.
#Cüdo teqi istifadə olunub
- Azərbaycan millisi qarışıq komanda yarışında mübarizəni dayandırdı - Baku TV
- Cüdoçularımız necə nəticə göstərir? - Cüdo üzrə dünya çempionatında son vəziyyət - Baku TV
- Dünya çempionluğu uğrunda yarışan cüdoçular Bakı tatamisində üz-üzə gəlirlər - Baku TV
- Cüdo üzrə dünya çempionatında Əhməd Yusifov Azərbaycana qızıl medal qazandırdı - Baku TV
- Ən yüksək məvacib alan milli məşqçiləri bəlli oldu | Yeni idman xəbərləri - Baku TV
