Cüdoçularımız gənclər arasında Avropa çempionatında uğurla çıxış edib
Yeniliklərdən dərhal xəbərdar olun
Cüdoçularımız gənclər arasında Avropa çempionatında 6 medal qazanıblar.
Təmsilçilərimizdən 60 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov finalda israilli Yehonatan Vekslerə qalib gələrək 1-ci yeri tutub.
Daha bir idmançımız 66 kq-da yer alan Aydın Rzayev də finala yüksəlsə də, burada Gürcüstan nümayəndəsinə uduzaraq gümüş mükafatla kifayətlənib.
73 kq çəkidə yarışan Vüsal Qələndərzadə isə turniri 3-cü pillədə başa vurub. O, bürünc medal uğrunda daha bir cüdoçumuz Süleyman Əliyevi məğlub edib. 81 kq çəkidə Ömər Rəcəbli də bürünc mükafata yiyələnib. İdmançımız bu uğura Danimarka nümayəndəsinə qalib gəlməklə nail olub.
Bundan başqa, qadınların mübarizəsində Aydan Vəliyeva da fəxri kürsünün 3-cü pilləsinə qalxıb. 52 kq-da çıxış edən Aydan italiyalı rəqibi üzərində qələbə qazanaraq bürünc medalın sahibi olub.
Bununla da, cüdoçularımız Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatını 1-i qızıl, 2-si gümüş və 3-ü bürünc olmaqla ümumən 6 medalla tamamlayıblar.
#Cüdo teqi istifadə olunub
- Azərbaycan millisi qarışıq komanda yarışında mübarizəni dayandırdı - Baku TV
- Cüdoçularımız necə nəticə göstərir? - Cüdo üzrə dünya çempionatında son vəziyyət - Baku TV
- Dünya çempionluğu uğrunda yarışan cüdoçular Bakı tatamisində üz-üzə gəlirlər - Baku TV
- Cüdo üzrə dünya çempionatında Əhməd Yusifov Azərbaycana qızıl medal qazandırdı - Baku TV
- Ən yüksək məvacib alan milli məşqçiləri bəlli oldu | Yeni idman xəbərləri - Baku TV
