Pleyeri seçin:
Cüdoçumuz Aysun Məmmədova Avropa kubokunda qızıl medalın sahibi olub
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan cüdoçusu Aysun Məmmədova Avropa Kubokunda qızıl medal qazanıb.
İdmançımız Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında yarışda müvafiq olaraq 1/16 finalda İsveçrə, 1/8 finalda Bosniya-Herseqovina, 1/4 finalda Kanada və yarımfinalda İsveçdən olan rəqiblərini üstələyərək adını finala yazdırıb.
52 kq çəki dərəcəsində mübarizə aparan Aysun həlledici görüşdə Moldova cüdoçusu Aleksendra Çironu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir. Ölkəmiz isə 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur.
Kopyalandı
#Cüdo teqi istifadə olunub
- Azərbaycan millisi qarışıq komanda yarışında mübarizəni dayandırdı - Baku TV
- Cüdoçularımız necə nəticə göstərir? - Cüdo üzrə dünya çempionatında son vəziyyət - Baku TV
- Dünya çempionluğu uğrunda yarışan cüdoçular Bakı tatamisində üz-üzə gəlirlər - Baku TV
- Cüdo üzrə dünya çempionatında Əhməd Yusifov Azərbaycana qızıl medal qazandırdı - Baku TV
- Ən yüksək məvacib alan milli məşqçiləri bəlli oldu | Yeni idman xəbərləri - Baku TV
