Pleyeri seçin:
Dağıntılar altından çıxarılan 12 yaşlı "Qalatasaray"lı vəfat edib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 6-sı Türkiyədə baş verən zəlzələdən 62 saat sonra xilas edilən 12 yaşlı Cihan Emir Parlak vəfat edib.
Dağıntılar altından çıxarılarkən "Hansı komandadansan?" sualına “Qalatasaraylıyam” cavabını verən balaca azarkeş bir müddətdir Ankarada müalicə alırdı. Xilas edildikdən sonra hər iki ayağını itirən Cihan xəstəxanada olarkən “sarı-qırmızılar”ın oyunçuları Fernando Muslera və Kerem Aktürkoğlu ilə danışmışdı.
Qeyd edək ki, balaca futbolsevərin vəfatına “Qalatasaray” da biganə qalmayıb. Klub bununla bağlı sosial media hesabında paylaşım edib. Kiçik “cimbom” azarkeşinin vəfatından çox kədərləndiklərini bildirərək, Cihanın ailəsinə və yaxınlarına başsağlığı verib.
Kopyalandı
#Qalatasaray FK teqi istifadə olunub
- “Qalatasaray” - “Barselona” oyunu futbol tarixinə necə düşdü? - Yeni idman xəbərləri - Baku TV
- İstanbul nəhəngi portuqaliyalı hücumçu ilə şifahi razılıq əldə edib
- "Qalatasaray" niderlandlı gənc ulduzu heyətinə qatmaq üçün hərəkətə keçdi
- “Qalatasaray”, yoxsa “Fənərbağça”: İstanbul derbisində qalib kim oldu? - Baku TV
- Viktor Osimhen “Qalatasaray”ın texniki heyətini sevindirib | Yeni idman xəbərləri
