Pleyeri seçin:

Daha 4 komanda Çempionlar liqasının 1/8 finalında

29 noyabr 2023 528 baxış

UEFA Çempionlar liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir.

“San-Siro” stadionunda “Borussiya Dortmund”u qəbul edən “Milan” 6-cı dəqiqədə hesabı açmağa yaxın olsa da, Jiru penaltidən fərqlənə bilməyib. Çox keçmədən qonaqlar da 11 metrlik cərimə zərbəsi qazanıblar və Roys fürsəti qaçırmayıb.

“Rossoneri” fasiləyədək Çukvuezinin qolu ilə tarazlığı bərpa etsə də, dortmundlular 2-ci yarıda Bayno-Qittens və Adeyeminin topları ilə yekunda 3-1 hesabı ilə qalib gəliblər. Bu nəticədən sonra F qrupunda 10 xalı olan “Borussiya” 1/8 finala adlayıb.

Qrupun digər görüşündə PSJ “Nyukasl”la mübarizədə son saniyələrdə məğlubiyyətdən xilas olub. “Park de Prens”dəki oyunda “sağsağanlar” İsakın qolu ilə 24-cü dəqiqədə önə keçsələr də, qarşılaşmanın sonlarında Mbappe penaltidən hesabı bərabərləşdirə bilib. 5 turdan sonra 7 xalı olan “Pari Sen-Jermen” F qrupunda 2-ci yerdədir. Hərəyə 5 xalı olan “Nyukasl” və “Milan” isə 3-cü, 4-cü yerləri bölüşdürürlər.

Növbəti mərhələyə yüksələn daha bir kollektiv “Barselona” olub. “Portu”nu qəbul edən “blauqrana” Pepenin qolundan sonra hesabda geriyə düşsə də, Kanselo və Joao Felişin dəqiq zərbələri kataloniyalılara 2-1 hesablı qalibiyyət gətirib. Xallarının sayını 12-yə çatdıran “Barsa” H qrupunda lider olmaqla yanaşı, “pley-off”a yüksəlib.

İspaniyanın daha bir təmsilçisi “Atletiko” da adını 1/8 finala yazdırıb. Rotterdamda “Feyenoord”un qonağı olan madridlilər 2 avtoqol və Ermosonun topu sayəsində 3-1 hesablı qələbə qazanıblar.

E qrupunun digər görüşündə isə “Latsio” komandası “Seltik”i 2-0 hesabı ilə məğlub edib. İmmobilenin dublu ilə əlamətdar olan matçdan sonra “Latsio” da 1/8 finala vəsiqəni təmin edib. 3-cü yeri tutan “Feyenoord”un isə Avropa liqasında çıxış edəcəyi dəqiqləşib.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 528 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 528 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 528 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 528 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 528 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 528 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 528 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 528 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 528 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 528 baxış
Seçilmişlər
icon