Dünya futbolunun əfsanəsi vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya futbolunun almaniyalı əfsanəsi Frans Bekkenbauer 78 yaşında vəfat edib.
“Kayzer” ləqəbli F.Bekkenbauerin sağlamlığında yaranan problemdən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Frans Bekkenbauer dünya çempionatlarında həm futbolçu, həm də məşqçi kimi qalib gələn nadir şəxslərdəndir. Karyerasına 1964-cü ildə “Bavariya”da başlayan Bekkenbauer “rekordmayster”lə Bundesliqa və Almaniya kubokunu 4 dəfə qazanmaqla yanaşı, Avropa çempionları kubokunda 3 dəfə qalib gəlib. 1977-ci ildə Münhen komandasından ayrıldıqdan sonra ABŞ-nin "Nyu-York Kosmos" və ölkəsinin "Hamburq" klubunda forma geyinən Frans klub səviyyəsində son matçını 1983-cü ildə keçirib.
Bekkenbauer 1965-1977-ci illərdə çıxış etdiyi Almaniya millisinin də unudulmaz futbolçularından olub. Hər mövqedə oynamağa imkan verən keyfiyyətləri ilə diqqət çəkən, əsasən libero, yəni sərbəst müdafiəçi kimi oynayan Frans 1972-ci ildə Avropa çempionatında, 1974-cü ildə isə dünya çempionatında qələbə qazanıb.
