Pleyeri seçin:

Eduard Məmmədovun yetirmələri Türkiyədə qızıl medal qazandı

24 noyabr 2024 726 baxış

Noyabrın 19-dan 25-dək Türkiyənin Antalya şəhərində hərbi kikboksinq üzrə 1-ci “CISM” açıq çempionatı keçirilir.

Yarışda Azərbaycanı təmsil edən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrcə dünya və Avropa çempionu olan Eduard Məmmədovun tələbələri “Ağ canavar” ləqəbli Amin Quliyev və “Tayson” ləqəbli Elvin Məmmədov qızıl medal qazanıblar.

Amin Quliyev 67 kiloqram çəki dərəcəsində Ekvador təmsilçisi, finalda isə Türkiyə idmançısı Emre Korkmaz üzərində qələbə qazanaraq çempion olub. Elvin Məmmədov isə 54 kiloqram çəki dərəcəsində əvvəlcə Tailand, finalda isə Türkiyə idmançısı Bilal Duralı məğlub edərək fəxri kürsüyə yüksəlib.

Türkiyə, Özbəkistan, Qazaxıstan, Almaniya, Fransa da daxil olmaqla ümumilikdə 11 ölkə arasında keçirilən çempionatda Eduard Məmmədov ən mükəmməl məşqçi adına layiq görülüb.

Qeyd edək ki, yarışda Azərbaycan Kikboksinq Federasiyasının milli komandası ümumilikdə 7 qızıl, 1 gümüş ve 4 bürünc medal qazanıb. Tələbələrini təbrik edən Eduard Məmmədov onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Əldə olunan qələbənin şəhidlərimizə həsr edildiyini qeyd edərək onlara Allahdan rəhmət diləyib. Eduard Məmmədov başda Suraxanı rayon icra başçısı, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevə, Federasiyanın prezidenti Orxan Əliyevə, baş məşqçi Elşən Abdulrəhimova və “Ağ canavar” klubunun məşqçisi Ayaz Mehdiyevə təşəkkürlərini bildirib. 

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 726 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 726 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 726 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 726 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 726 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 726 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 726 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 726 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 726 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 726 baxış
Seçilmişlər
icon