“Əl Nəsr” klubundan Zinəddin Zidana fantastik təklif
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya futbolunun əfsanəsi, həm oyunçu, həm də məşqçi kimi böyük nailiyyətlər qazanan Zinəddin Zidan Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubundan inanılmaz təklif alıb.
Z.Zidanla əlaqə saxlayan Səudiyyə Ərəbistanı təmsilçisi ona 2 mövsüm üçün 150 milyon avro ödəməyə hazır olduğunu bildirib. Ancaq fransalı mütəxəssis bu astronomik təklifi rədd edib.
2021-ci ildən işsiz olan Zinəddin Fransa millisində çalışmaq niyyətindədir. Klublar arasında isə onun əsas hədəfləri kimi “Pari Sen-Jermen” və “Yuventus” göstərilir.
Qeyd edək ki, baş məşqçi kimi yalnız “Real Madrid”də işləyən Z.Zidan klubla ümumən 11 mükafat qazanıb. 2016-2018 və 2019-2021-ci illərdə komandaya rəhbərlik edən Zinəddin “los blankos”la Çempionlar liqasında 3, La Liqa, UEFA Super Kuboku, klublararası dünya çempionatı və İspaniya super kubokunda isə 2 dəfə qalib gəlib.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
