“Əl-Nəsr”in superulduzu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında növbəti oyununa çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliya yığmasının və “Əl-Nəsr” klubunun superulduzu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro liqasında növbəti oyununa çıxıb.
Portuqaliyalı futbolçu çempionatın 33-cü turu çərçivəsində keçirilmiş “Əl-Xalec”lə qarşılaşmanın iştirakçısı olub.
Ronaldo doğma meydanda komandasının 2-0 hesablı qələbəsində bir qolla öz töhfəsini verib. 40 yaşlı hücumçu futbolçu karyerası ərzində vurduğu qolların sayını 935-ə çatdırıb. Bununla da o, şəxsi rekordunu yeniləmiş olub.
Ronaldo 65-ci dəqiqədə bir penaltini boşa versə də, qazandıqları 2-ci 11 metrlik zərbəni dəqiq yerinə yetirib. Beləliklə, Ronaldo min qola çatmaq üçün 65 dəfə rəqib qapılarına yol tapmalıdır.
33 oyundan sonra “Əl-Nəsr” aktivindəki 67 xalla ölkə çempionatının 4-cü pilləsində qərarlaşıb. Turnirə 80 xalla çempionlıuğunu rəsmiləşdirmiş “Əl-İttihad” başçılıq edir.
Kriştiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun klubla müqaviləsinin müddəti bir aydan sonra başa çatacaq.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
