Emmanuel Makron Kilian Mbappenin atasına zəng vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron PSJ-nin ulduzu Kilian Mbappenin atasına zəng vurub.
Bu barədə Fransa mətbuatında xəbərlər paylaşılıb.
Məlumata görə, E.Makron K.Mbappenin atasından onun PSJ-də qalmasını xahiş edib. Lakin 25 yaşlı forvardın atası Kilianın “Real Madrid”ə transfer olmaq istədiyini və bu mövzu ilə bağlı qərarının qəti olduğunu bildirib.
Qeyd edək ki, daha əvvəl mediada Kilian Mbappenin “Real”la 5 illik müqavilə imzaladığı ilə bağlı xəbərlər paylaşılıb. İddialara görə, fransalı forvard vergilər daxil olmadan bonuslarla birlikdə illik 20 milyon avro qazanacaq. Eyni zamanda hər yeni mövsümdə onun maaşı artacaq. Hətta Kilian “Real”la müqavilə imzaladığı üçün 100 milyon avro mükafat da əldə edəcək.
Qeyd edək ki, “Monako”nun yetirməsi olan Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu müddət ərzində 305 matçda 255 qol vuran hücumçu parislilərlə Liqa 1-də 6, Fransa Kubokunda 3, Liqa Kubokunda isə 2 dəfə qələbə qazanıb.
#Emmanuel Makron teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Makronun açıqlamasından sonra Fransada nə dəyişəcək? - Baku TV CANLI
