Erlinq Holand növbəti yay “Mançester Siti”dən gedə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
“Mançester Siti”nin ulduz futbolçusu Erlinq Holand karyerasını PSJ-də davam etdirməyə yaxındır.
Fransa təmsilçisinin rəhbərliyi “Real”a qoşulmaq istəyən Kilian Mbappeni müqaviləni uzatmağa razı sala bilməsə, Erlinqin transferi üçün hərəkətə keçəcək.
İddia edilir ki, parislilər “Transfermarkt” portalına əsasən dəyəri 180 milyon avro olan Holandın agenti ilə də əlaqə saxlayıblar.
Qeyd edək ki, karyerası ərzində “Molde”, “Zaltsburq” və “Borussiya Dortmund” klublarında çıxış edən Holand 2022-ci ildən “Siti”nin üzvüdür. “Şəhərlilər”lə müqaviləsi 2027-ci ilədək olan hücumçu 62 matçda 60 qolla yadda qalıb.
İngiltərə nəhəngi ilə Premyer Liqa, FA kuboku və Çempionlar Liqasını qazanan futbolçu UEFA superkubokunda da qalib gəlib.
#Erlinq Holand teqi istifadə olunub
- Dyökereş “Arsenal”dan ayrılmağa hazırlaşır? | Yeni idman xəbərləri - Baku TV
- Hər kəs bu oyunu gözləyir | Dünya çempionatında nəhənglərin böyük savaşı
- "Beşiktaş" kim üçün rekord transfer təklifi etdi? - Yeni idman xəbərləri
- 25 yaşlı hücumçu üçün 500 milyon pul ödəniləcək? - Baku TV
- Erlinq Haaland İngiltərə Premyer Liqasında rekorda imza atdı - Baku TV
