Erməni boksçu çempionluq döyüşündə nokautla məğlub olub - BAKU TV
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni boksçu çempionluq döyüşündə nokautla məğlub olub - BAKU TV
Dünyanın ən güclü boksçularından, yarımorta çəkidə WBO versiyası üzrə çempion Terens Krouford ABŞ-nin Omaha şəhərində təşkil olunan boks gecəsində erməni əsilli rusiyalı idmançı David Avanesyanla üz-üzə gəlib.
Kroufordun üstünlüyü şəraitində keçən döyüş 6-cı raundda yekunlaşıb. Terens rəqibini nokaut edib. Qüvvətli zərbədən sarsılan Avanesyan uzun müddət özünə gələ bilməyib.
Qeyd edək ki, gecənin əsas görüşündə qalib gələrək 6-cı dəfə kəmərini müdafiə edən Krouford karyerası ərzində 39-cu döyüşünü keçirib. Bu qarşılaşmaların hamısında qələbə qazanan 35 yaşlı idmançı qalibiyyətlərindən 30-nu nokautla əldə edib. Onun titul uğrunda rəqibi erməni əsilli David Avanesyan isə peşəkar rinqdə 4-cü dəfə məğlub olub.
Aktual xəbərlərimiz ...
