Erməni boksçu ölkəsini təmsil etmək istəmir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanlı boksçu Erik İsraelyan ölkəsini təmsil etməkdən imtina edib.
İdmançının sözlərinə görə, buna səbəb dövlət orqanlarının ona qarşı biganəliyidir. Dünya və Avropa çempionatlarında uğur qazandıqdan sonra federasiyanın onun üçün qarşılanma mərasimi təşkil etmədiyini bildirən E.İsraelyan qurumun onu hətta təbrik belə etmədiyini vurğulayıb.
Ermənistan mətbuatına açıqlama verən Erik ölkənin İdman Nazirliyinin yalanını da ifşa edib. E.İsraelyan qurum rəsmilərinin ona 5 milyon dram ödənilməsi barədə dediklərini təkzib edərək nazirliyi yalan danışmaqda günahlandırıb. 19 yaşlı boksçu eyni zamanda dövlətin onu vəd olunan mənzillə təmin etmədiyini bildirib. Bütün bunlara görə E.İsraelyan növbəti yarışlarda başqa ölkənin bayrağı altında çıxış edəcəyini deyib.
