“Fənərbağça” italiyalı ulduzu transfer etməyə yaxındır
Yeniliklərdən dərhal xəbərdar olun
Super liqanın lideri “Fənərbağça” qış transfer pəncərəsində komandanı ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
Türkiyə mətbuatında yayılan xəbərə əsasən, müdafiə xəttində problemlər yaşayan İstanbul təmsilçisi “Union Berlin”in üzvü Leonardo Bonuççini heyətə qatmağı planlaşdırır.
Məlumata görə, artıq klubla futbolçunun meneceri arasında görüş baş tutub. İddia edilir ki, 36 yaşlı müdafiəçi son qərarını gələn həftə verəcək və “Union”da qalıb-qalmayacağını açıqlayacaq.
Qeyd edək ki, müxtəlif vaxtlarda “İnter”, “Yuventus” və “Milan” kimi nəhəng klublarda top qovan Leonardo Bonuççi karyerası ərzində İtaliya çempionatında 9, ölkə kubokunda 4, super kubokda isə 5 dəfə qələbə qazanıb.
Ötən ildən “Union”un üzvü olan Leonardo 2010-cu ildən İtaliya millisinə də çağırılır. Yığma forması ilə 121 qarşılaşmada meydana çıxan Bonuççi AVRO-2020-nin finalında vurduğu qolla “Skuadra Adzurra”nın çempionluğunda vacib rol oynayıb.
#Fənərbağça FK teqi istifadə olunub
- “Fənərbağça” və “Beşiktaş”dan sürpriz transferlər | Yeni idman xəbərləri - Baku TV
- "Fənərbağça" və "Real" komandalarının prezidentləri kimlər seçildi? - Yeni idman xəbərləri - Baku TV
- Arda Gülərdən “Real Madrid”də inanılmaz performans | Yeni idman xəbərləri
- “Qalatasaray”, yoxsa “Fənərbağça”: İstanbul derbisində qalib kim oldu? - Baku TV
- Domeniko Tedesko belçikalı futbolçu ilə bir araya gəlmək istəyir
