Formula 1-də Sinqapur Qran-prisinin qalibi məlumdur
Yeniliklərdən dərhal xəbərdar olun
Formula 1 üzrə dünya çempionatında mövsümün 15-ci yarışına yekun vurulub.
Pilotlar bu dəfə Sinqapurda, “Marina Bey” trasında mübarizə aparıblar. 62 dövrə davam edən Qran-prinin yekununda “Ferrari” pilotu Karlos Sayns qələbə qazanıb.
İspaniyalı sürücü Böyük Britaniya nümayəndələri – 2-ci yeri tutan Lando Norris və 3-cü pillədə qərarlaşan Lyuis Hemiltonu qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qalibiyyət sayəsində K.Sayns həm də “Red Bull” pilotu Maks Ferstappenin uğurlu seriyasını sonlandırıb.
Belə ki, ikiqat dünya çempionu Sinqapur mərhələsi ərəfəsində son 10 yarışda qələbə qazanmışdı. Buna baxmayaraq, niderlandlı sürücü ümumi sıralamaya inamla başçılıq edir. 374 xalı olan Maks 2-ci pillədəki komanda yoldaşı Serxio Peresi 151 xal qabaqlayır. Bundan başqa, mühəndislər kuboku uğrunda mübarizədə də “Red Bull” 597 xalla 1-ci yerdədir.
Qeyd edək ki, dünya çempionatının növbəti mərhələsi Yaponiyada təşkil olunacaq. Bu yarışın qalibi sentyabrın 24-ü müəyyənləşəcək.
#Formula 1 teqi istifadə olunub
- Sürət və taktika mübarizəsinin qalibləri mükafatlandırıldı - Baku TV
- Bakı Şəhər Halqasında temp yüksəlir | Formula 1-in ikinci günündə nələr yaşandı? - Baku TV
- Formula 1 könüllüləri Bakıda tarix yazır
- "Həm işləyirlər, həm əylənirlər" | Yarışdakı komfortun altında hansı əziyyət dayanır? - Baku TV
- Dünyanın aparıcı pilotları Azərbaycan Qran-prisində gərgin mübarizəyə başladı - Baku TV
