Pleyeri seçin:

Futbol ulduzlarından Türkiyəyə böyük dəstək

08 fevral 2023 412 baxış

Türkiyə və Suriyada baş verən zəlzələ ilə əlaqədar futbol ictimaiyyətindən də dəstək gəlməyə davam edir.

Türkiyə millisinin və "Yuventus"un üzvü Merih Demiral ölkəsinə dəstək üçün şəxsi kolleksiyasında olan Kriştiano Ronaldonun imzalı formasını hərraca çıxarıb. O, satışdan əldə olunacaq gəlirin zəlzələdən zərər çəkənlərə bağışlanacağını bildirib.

Bununla əlaqədar tviterdə paylaşım edən Merih Ronaldo ilə danışdığını və portuqaliyalı ulduzun Türkiyədə baş verənlərə çox kədərləndiyini bildirib.

Bundan başqa, dünya futbolunun digər məşhur simaları da təbii fəlakətdən zərər çəkən ölkələrə dəstək olublar. Braziliyalı əfsanə Kaka sosial media hesabında Türkiyə ilə Suriyadan çox üzücü xəbərlər gəldiyini, ürəyinin və düşüncələrinin zəlzələdən zərər çəkən insanların yanında olduğunu yazıb.

“Qalatasaray”ın sabiq ulduzu Felipe Melo videomüraciətlə ikinci vətəni adlandırdığı Türkiyəyə başsağlığı verib. “Fənərbağça”nın əfsanəsi Aleks de Souza isə Türkiyənin acısını paylaşdığını və yaralılara şəfa dilədiyini bildirib.

“Roma” klubunun çalışdırıcısı Joze Mourinyo da təbii fəlakətdən zərər çəkənlərə dəstək olub. O, “Instagram” hesabının hekayə bölməsində həmkarı Fatih Terimlə fotosunu paylaşaraq, “türkiyəli və suriyalı dostlarımı bağrıma basıram” yazıb.

Banner
Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

İdman
28 oktyabr 2026 412 baxış
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 412 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 412 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 412 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 412 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 412 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 412 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 412 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 412 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 412 baxış
Seçilmişlər
icon