Pleyeri seçin:

Futbolçu ilə bağlı qalmaqal davam edir

12 mart 2026 930 baxış

“Barselona”nın sabiq prezidenti Xuan Laporta növbəti dəfə Lionel Messinin klubdan ayrılması barədə danışıb.

Bundan əvvəl kataloniyalıların sabiq baş məşqçisi Xavi Hernandes bildirmişdi ki, argentinalı oyunçu 2023-cü ildə geri qayıtmağa hazır imiş:

“Hər şey hazır idi, o qayıtmaq istəyirdi, La Liqadan icazəmiz var idi. Amma Laporta bunu dayandırdı”.

Laporta açıqlamasında buna cavab olaraq həmin vaxt Messi ilə nə etmək istədiklərini deyib:

“Biz artıq danışmışdıq ki, Messi ilə nə etməliyik. Onun heykəlini Yohan Kroyffun heykəlinin yanında qoymalı və bütün “Camp Nou” stadionunu dolduracaq böyük bir təntənə təşkil etməli idik.

Düşünürəm ki, bu, tarixin ən yaxşı oyunçusu üçün ədalətli qərardır. 2021-ci ildə Messi ilə müqavilənin müddətini uzatmadıq, çünki maaş cədvəli nəzarətdən çıxmışdı və böyük borc altında bu, daha da artacaqdı.

Bu, sadəcə, mümkün deyildi. Niyyətimiz müqavilənin müddətini uzatmaq idi. Kreativ həll yolları axtarırdıq, amma Xavyer Tebas (La Liqanın prezidenti) İspaniya liqasında tarixdəki ən yaxşı oyunçunun qalmasına qarşı çıxdı”.

Messi “İnter Mayami”yə 2023-cü ilin yayında PSJ-dən azad agent kimi keçib.     

Madrid derbisində sensasiya: “Real” gözlənilmədən məğlub oldu - Baku TV

Madrid derbisində sensasiya: “Real” gözlənilmədən məğlub oldu - Baku TV

İdman
21 sentyabr 2026 930 baxış
Yamalın yeni rekordu futbol dünyasında böyük səs-küy yaratdı

Yamalın yeni rekordu futbol dünyasında böyük səs-küy yaratdı

İdman
21 sentyabr 2026 930 baxış
APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV

APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV

İdman
20 sentyabr 2026 930 baxış
Bakıda yeni ritm: "Sky Padel" qapılarını açdı - Baku TV

Bakıda yeni ritm: "Sky Padel" qapılarını açdı - Baku TV

İdman
19 sentyabr 2026 930 baxış
"Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV

"Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV

İdman
18 sentyabr 2026 930 baxış
Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib

Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib

İdman
18 sentyabr 2026 930 baxış
Elvin Camalov "Qəbələ" ilə müqavilə imzalayacaq | Yeni idman xəbərləri - Baku TV

Elvin Camalov "Qəbələ" ilə müqavilə imzalayacaq | Yeni idman xəbərləri - Baku TV

İdman
17 sentyabr 2026 930 baxış
Zubir "Qarabağ" azarkeşlərinə təşəkkür etdi | Yeni idman xəbərləri

Zubir "Qarabağ" azarkeşlərinə təşəkkür etdi | Yeni idman xəbərləri

İdman
17 sentyabr 2026 930 baxış
"Barselona" "Mançester Yunayted"in gənc ulduzunu istəyir | Yeni idman xəbərləri - Baku TV

"Barselona" "Mançester Yunayted"in gənc ulduzunu istəyir | Yeni idman xəbərləri - Baku TV

İdman
16 sentyabr 2026 930 baxış
UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu

UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu

İdman
16 sentyabr 2026 930 baxış
Seçilmişlər
icon