Futbolçunun oyun zamanı ürəyi dayanıb
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərə çempionatının matçında futbolçunun ürəyi dayanıb.
Hadisə 17-ci turun “Bornmut” – “Luton” görüşündə baş verib.
Belə ki, qarşılaşmanın 59-cu dəqiqəsində “Luton”un üzvü Tom Lokyer huşunu itirərək yerə yıxılıb. Hər iki komandanın fizioterapevtləri və həkimləri meydana daxil olaraq dərhal futbolçuya ilkin tibbi yardım göstəriblər. Daha sonra 29 yaşlı müdafiəçi xəstəxanaya aparılıb və hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, hadisənin baş verdiyi “Bornmut” – “Luton” qarşılaşması hesab 1-1 olarkən yarıda dayandırılıb. Görüşün nə vaxt davam etdiriləcəyi ilə bağlı hələ ki, məlumat yoxdur.
Xatırladaq ki, bu cür hallar daha əvvəl də futbol oyunlarında baş verib. AVRO-2020-nin matçlarından birində Danimarka millisinin üzvü Kristian Eriksenin də ürəyi dayansa da, həkimlərin cəld reaksiyası onun həyatını xilas etmişdi. Hazırda “Mançester Yunayted”də top qovan K.Eriksen xüsusi kardio cihazdan istifadə edir.
#İngiltərə Premyer liqası teqi istifadə olunub
- “Real” hücumçusu Endriki yenidən icarəyə verəcək? - Yeni idman xəbərləri
- Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi - Yeni idman xəbərləri - Baku TV
- "Beşiktaş" kim üçün rekord transfer təklifi etdi? - Yeni idman xəbərləri
- Alisson Bekker bu mövsüm 14 oyunda meydana çıxıb
- Erlinq Haaland İngiltərə Premyer Liqasında rekorda imza atdı - Baku TV
