Gənclər və İdman Nazirliyi ilin ən yaxşı idmançıları və mütəxəssislərini mükafatlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gənclər və İdman Nazirliyi 2023-cü ilin ən yaxşılarının adlarını açıqlayıb.
Bununla əlaqədar təşkil olunan tədbirə dövlət və hökumət rəsmiləri, federasiyaların rəhbərləri, məşhur idmançılar, habelə media nümayəndələri qatılıblar.
Qala mərasimində geridə qalmaqda olan il ərzində fərqlənən atletlər, eləcə də idman ictimaiyyətinin nümayəndələri mükafatlandırılıb. Ən yaxşı qadın idmançı nominasiyasında bədii gimnast Zöhrə Ağamirova qalib gəlib. Kişilər arasında ən yaxşı idmançı adına cüdo millimizin üzvü, Avropa çempionu Hidayət Heydərov layiq görülüb.
Bundan başqa, bədii gimnastika üzrə milli komanda ilin ən yaxşı qadın komandası, "Qarabağ" futbol klubu isə ən yaxşı kişi komandası nominasiyasında 1-ci olub. "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov isə ən yaxşı məşqçi adına yiyələnib.
Tədbir digər növlərdə fərqlənən idmançılara və mütəxəssislərə mükafatların təqdim edilməsi ilə davam edib.
#Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi teqi istifadə olunub
- Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV
- Müxtəlif ölkələrdən gələn idmançılar Xankəndidə finişə çatıblar - Baku TV
- Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı yekunlaşdı - Baku TV
- Fərid Qayıbov yüksək nəticə göstərən idmançılarla görüşdü
- Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb
