Pleyeri seçin:
Güney azərbaycanlı idmançıya ağır cəza verildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İran məhkəməsinin barəsində edam hökmü çıxardığı güney azərbaycanlı bodibilder Səhənd Nurməhəmmədzadə 16 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa idmançıya 74 şallaq cəzası verilib.
Məhkəmənin qərarına əsasən, S.Nurməhəmmədzadə cəzasını Kerman bölgəsində çəkəcək. Güneyli idmançının vəkili Hamed Ahmadi apelyasiya şikayəti verəcəklərini və bu işə Ali Məhkəmənin baxmalı olduğunu bildirib.
İdmançının atası Cəfər Nurməhəmmədzadə də qərardan gileylənərək məhkəmənin 5 dəqiqə davam etdiyini və hökmün çox ədalətsiz olduğunu vurğulayıb.
Kopyalandı
