Pleyeri seçin:

Hakimin döyülməsindən sonra Türkiyədə futbol matçları təxirə salındı

12 dekabr 2023 642 baxış

Türkiyə çempionatında “Ankaragücü” – “Çaykur Rizəspor” matçı qalmaqalla bitib.

Görüş yekunlaşandan sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca baş hakim Halil Umut Meleri yumruqla vurub. Kocanın yanında olan şəxslər isə yerə yıxılan Meleri təpikləyiblər. Hadisə nəticəsində referinin gözünün altında şişkinlik yaranıb və o, dərhal xəstəxanaya yerləşdirilib.

Bu insidentdən sonra Türkiyə Futbol Federasiyasının qərarı ilə ölkənin bütün liqalarında qarşılaşmalar təxirə salınıb. Hadisə ilə bağlı danışan qurumun prezidenti Mehmet Büyükekşi bu hücumun tək baş hakimə yox, Türkiyə futbolunun bütün nümayəndələrinə edildiyini və günahkarların cəzalandırılacağını bildirib.

Sözügedən insidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da pisləyib. “İdman sülh və qardaşlıq deməkdir. Zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətə dözməyəcəyik”, – deyə dövlət başçısının bəyanatında vurğulanıb.

Qeyd edək ki, qalmaqalın baş verdiyi “Ankaragücü” – “Çaykur Rizəspor” qarşılaşması 1-1 hesabı ilə yekunlaşıb. Qonaqlar yalnız əsas vaxta artırılan dəqiqələrdə fərqlənərək məğlubiyyətdən xilas olublar.

Banner
Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

İdman
28 oktyabr 2026 642 baxış
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 642 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 642 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 642 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 642 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 642 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 642 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 642 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 642 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 642 baxış
Seçilmişlər
icon