Pleyeri seçin:

İngiltərə çempionatı: “Mançester Yunayted” - “Çelsi" matçı

26 may 2023 398 baxış

İngiltərə çempionatında 32-ci turdan təxirə salınan qarşılaşma keçirilib. “Mançester Yunayted” “Old Trafford” arenasında “Çelsi”ni qəbul edib.

Gözlənildiyi kimi maraqlı alınan qarşılaşmada azarkeşlər 5 qol görüblər. Oyunda ilk qolu 6-cı dəqiqədə Kazemiro vurub. Bununla da, braziliyalı yarımmüdafiəçi mankunianların heyətində 7-ci topuna imza atıb.

İlk hissənin sonlarında Marsyal fərqi 2-yə yüksəldib. 73-cü dəqiqədə Brunu Fernandeş 11 metrlik zərbəni dəqiq yerinə yetirərək komandasının üstünlüyünü bir qədər də möhkəmləndirib: 3-0.

Qalan vaxtda daha 2 qol qeydə alınıb. Əvvəlcə Markus Reşford “zadəganlar”ı 4-cü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. 89-cu dəqiqədə isə Joao Feliş görüşdə son nöqtəni qoyub. “Mançester Yunayted” – “Çelsi”: 4-1.

Bu qələbədən sonra 72 xalla 3-cü yerdə olan mankunianlar ilk 4-də yerlərini təmin ediblər. Bundan başqa, “qırmızı şeytanlar” növbəti mövsüm UEFA Çempionlar liqasında iştirak hüququ qazanıblar.

Qeyd edək ki, ötən ildən komandada işləyən Erik Ten Haqın rəhbərliyi ilə “Mançester Yunayted” cari mövsümdə Liqa kubokunda qələbə qazanmaqla yanaşı, ölkə kubokunda finala yüksəlib.

Banner
Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

İdman
28 oktyabr 2026 398 baxış
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 398 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 398 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 398 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 398 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 398 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 398 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 398 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 398 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 398 baxış
Seçilmişlər
icon