İngiltərədə və İtaliyada çempionluğa iddialı klublar qarşılaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərə Premyer liqasında 5-ci turun mərkəzi matçı son çempion “Mançester Siti” və titula iddialı “Arsenal” arasında olub.
Prinsipial qarşılaşmada hesabı 9-cu dəqiqədə Erlinq Holand açıb. Lakin “topçular” dönüş edə biliblər.
22-ci dəqiqədə Rikkardo Kalafiori, ilk hissəyə artırılan dəqiqələrdə isə Qabriel “şəhərlilər”in qapısına yol tapıb. Fasilə ərəfəsində “Arsenal” həm də azlıqda qalıb. Leandro Trossard 2-ci sarı vərəqə ilə meydandan uzaqlaşdırılıb.
Məğlubiyyətdən qurtulmağa çalışan “Siti” 2-ci yarıda təzyiqi artırıb. Komandanın səyləri əsas vaxta artırılan dəqiqələrdə Con Stounzun qolu ilə nəticələnib. 2-2 hesabı ilə bitən görüşdən sonra “Mançester Siti” 13 xalla zirvədə qərarlaşıb. 11 xalı olan “Arsenal” isə 4-cüdür.
A Seriyasında 5-ci tur Milan derbisi ilə əlamətdar olub. Oyunda hesabı 10-cu dəqiqədə “rossoneri” açıb. Kristian Pulişiç fərqlənib. Ancaq “neradzurri”nin cavabı özünü gözlətməyib. Federiko Dimarko tarazlığı bərpa edib. İlk hissə 1-1 hesabı ilə yekunlaşıb.
Matçda növbəti qol 89-cu dəqiqədə vurulub. Matteo Qabbianın topu həm də yekun nəticəni müəyyənləşdirib. “İnter” – “Milan”: 1-2. Bu qələbədən sonra xallarının sayını 8-ə çatdıran “rossoneri” əzəli rəqibi ilə bərabərləşərək 6-cı, 7-ci yerləri bölüşdürür.
#Mançester Siti FK teqi istifadə olunub
- "Mançester Siti" Əyyub Buaddi transferini yüz milyona bitirdi
- Tramp DÇ ilə bağlı görün nə təklif etdi | Yeni idman xəbərləri - Baku TV
- "Mançester Siti" yeni baş məşqçisini tezliklə açıqlayacaq
- Bernardu Silva “Mançester Siti” ilə vidalaşdı | Yeni idman xəbərləri
- "Mançester Siti" və "Çelsi"də gözlənilməz ayrılıq olacaq? - Yeni idman xəbərləri - Baku TV
