Pleyeri seçin:

İngiltərə çempionatı: "Arsenal" - "Mançester Siti" matçı

09 oktyabr 2023 443 baxış

İngiltərə çempionatında 8-ci turun diqqət mərkəzində olan əsas görüşündə “Arsenal” klubu “Mançester Siti”ni qəbul edib.

İlk hissədə komandaların qol vurmaq imkanları olsa da, fasiləyədək hesab açılmayıb. 2-ci yarıda da bərabər səviyyəli mübarizə gedib. Oyunun taleyini Qabriel Martinellinin 86-cı dəqiqədə vurduğu yeganə qol həll edib.

Minimal hesablı qələbədən sonra 20 xalı olan “Arsenal” “Tottenhem”lə birlikdə 1-ci, 2-ci yerləri bölüşdürür. Ardıcıl 2 matçda uduzan “Siti” isə 18 xalla 3-cüdür.

Turun daha bir diqqət çəkən qarşılaşmasında “Brayton” və “Liverpul” üz-üzə gəlib. 4 qolun vurulduğu matçda “qağayılar” Adinqranın topu ilə 20-ci dəqiqədə irəli çıxsalar da, fasiləyədək dubl edən Salah mersisaydlılara üstünlük qazandırıb: 2-1.

Bununla belə, meydan sahibləri Lyuis Dankın qolu ilə məğlubiyyətdən qurtula biliblər. 2-2 hesabı ilə başa çatan oyundan sonra “Brayton” 16 xalla 6-cı, 17 xalı olan “Liverpul” isə 4-cü yerdədir.

Eyni hesab “Vest Hem” və “Nyukasl” klublarının görüşündə də qeydə alınıb. “Çəkicdöyənlər” ilk hissəni Souçekin topu sayəsində öndə tamamlasa da, “sağsağanlar” 2-ci yarıda Aleksandr İsakın dublu ilə irəli çıxıblar. Ancaq “Vest Hem” Mohammed Kudusun dəqiq zərbəsi nəticəsində məğlubiyyətdən qaça biliblər.

Ardıcıl 3 qələbədən sonra xal itirən “Nyukasl” 13 xalla 8-ci, 1 xal çox toplayan “Vest Hem” isə 7-ci pillədə qərarlaşıb.

Banner
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 443 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 443 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 443 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 443 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 443 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 443 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 443 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 443 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 443 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 443 baxış
Seçilmişlər
icon