İspaniya La Liqasının 35-ci turu ”El-Klasiko” ilə yadda qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
La Liqanın 35-ci turu çərçivəsində "Barselona" öz evində "Real Madrid"i qəbul edib.
Çempionatın bu mövsüm ikinci "el klasiko"sunda "blauqrana" Madrid təmsilçisini 4-3 hesabı ilə məğlub edib.
Oyunda hesabı qonaqlar açıb. 5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Kilian Mbappe 9 dəqiqə sonra Vinisius Juniorun ötürməsini qola çevirib.
2-0 hesabı ilə öndə olan "Real Madrid" ilk hissədə qapısında 4 qol görüb. Erik Qarsiya və Lamin Yamal hərəyə bir dəfə, Rafinya Dias isə 2 dəfə "los-blankos"un qapısına yol tapıb.
70-ci dəqiqədə Mbappe het-triklə diqqət çəksə də, bundan sonra qapılara qol vurulmayıb. Beləliklə, "Barselona" 82 xalla turnir cədvəlinin ilk pilləsindəki yerini möhkəmləndirmiş olub. "Real Madrid" isə əzəli rəqibindən 7 xal geri qalır və onlar ikinci pillədə qərarlaşıb.
#Barselona FK teqi istifadə olunub
- “Qalatasaray” - “Barselona” oyunu futbol tarixinə necə düşdü? - Yeni idman xəbərləri - Baku TV
- Dyökereş “Arsenal”dan ayrılmağa hazırlaşır? | Yeni idman xəbərləri - Baku TV
- İspaniya nəhəngi "Çelsi"nin oyunçusunu transfer etmək istəyir
- Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri
- Rafinyanın “Barselona”dakı gələcəyi müəyyənləşdi
