İspaniya Superkuboku: "Real Madrid" - "Barselona" matçı
“Barselona” komandası İspaniya superkubokununun qalibi olub.
“Blauqrana” həlledici görüşdə “Real Madrid”i 5-2 hesabı ilə məğlub edib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən matçda hesabı Kilian Mbappenin qolu ilə “los blankos” açıb. Lakin “Barsa” fasiləyədək vəziyyəti dəyişib. Kataloniyalıların heyətində Lamin Yamal, Robert Levandovski, Rafinya və Alehandro Balde fərqləniblər.
İlk hissə “Barselona”nın 4-1 hesablı üstünlüyü ilə bitib. 2-ci yarının əvvəlində Rafinya dubl edib: 5-1.
56-cı dəqiqədə Voytsex Şensnı birbaşa qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb. Çox keçmədən “Real” Rodriqonun dəqiq zərbəsi ilə toplardan birinin əvəzini çıxıb. Ancaq “kral klubu”nun bundan artığına gücü çatmayıb.
5-2 hesablı qələbə qazanan “Barselona” tarixində 15-ci dəfə superkubokun sahibi olub. “Blauqrana” bu qələbə sayəsində həm də daha bir tarixi uğura imza atıb. Kataloniyalılar “Real”a qarşı oyunlarda ardıcıl 2 dəfə 4 və ya daha çox qol vurmağı bacarıb. Belə ki, komandalar arasında La Liqa çərçivəsində baş tutan son matç “Barsa”nın 4-0 hesablı qələbəsi ilə yekunlaşıb.
#Real Madrid FK teqi istifadə olunub
- "Real Madrid" La Liqa prezidentinin istefasını tələb edib | Yeni idman xəbərləri - Baku TV
- Braziliyalı ulduz futbolçuya dörd oyunluq diskvalifikasiya cəzası verilib - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- Joze Mourinyo braziliyalı oyunçunu ehtiyatda saxlayacaq?
- Millimiz Litva ilə bacarmadı - Yeni idman xəbərləri - Baku TV
