İspaniya superkuboku: “Real Madrid” - “Malyorka” matçı
İspaniya superkubokunda 2-ci finalçının adına aydınlıq gəlib.
Səudiyyə Ərəbistanında təşkil olunan yarışın 2-ci yarımfinalı “Real Madrid” və “Malyorka” arasında olub. Qarşılaşma “kral klubu”nun inamlı qələbəsi ilə yekunlaşıb.
Ciddə şəhərində keçirilən matçda “los blankos” hesabı 63-cü dəqiqədə açıb. Cud Bellingem fərqlənib. Bundan sonra da təzyiqi azaltmayan “Real” daha 2 qol vurub. Əvvəlcə əsas vaxta artırılan 2-ci dəqiqədə Martin Valyent topu komandasının qapısına göndərib. Qarşılaşmada son nöqtəni Rodriqo qoyub.
3-0 hesablı qalibiyyət əldə edən Madrid təmsilçisi finalda “Barselona”ya rəqib olub. Həlledici görüş yanvarın 12-si saat 23:55-də başlayacaq.
Qeyd edək ki, İspaniya superkubokundakı qələbələrə görə rekordçu “blauqrana”dır. “Barsa” 14 dəfə mükafatın sahibi olub. 2-ci nəticəyə sahib “Real” isə 13 dəfə superkubokda qalib gəlib.
#Real Madrid FK teqi istifadə olunub
- "Real Madrid" La Liqa prezidentinin istefasını tələb edib | Yeni idman xəbərləri - Baku TV
- Braziliyalı ulduz futbolçuya dörd oyunluq diskvalifikasiya cəzası verilib - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- Joze Mourinyo braziliyalı oyunçunu ehtiyatda saxlayacaq?
- Millimiz Litva ilə bacarmadı - Yeni idman xəbərləri - Baku TV
