İspaniyada U 15 və yeniyetmələrin Avropa birinciliyində uğur qazanan atletlərimiz vətənə qayıdıblar
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyada keçirilmiş U-15 və yeniyetmələrin Avropa birinciliyində uğurla çıxış edən atletlərimiz Vətənə qayıdıblar.
Heydər Əliyev Beynəlxalq Hava Limanında komanda üzvlərimiz təntənəli şəkildə qarşılanıblar.
Mərasimdə idman ictimaiyyətimizin üzvləri ilə yanaşı, media nümayəndələri də iştirak ediblər.
Yığma komandamızın baş məşqçisi, eləcə də Avropa birinciliyinin qalib və mükafatçıları hava limanında jurnalistlərin suallarını cavablandırıblar.
“Mübarizə yaxşı keçdi. Himnimizi səsləndirmək istəyirdim, amma alınmadı. Ümid edirəm növbəti dəfə buna nail olaram”, ‒ Avropa çempionu Lətif Əliyev söyləyib.
Xatırladaq ki, Avropa birinciliyində ümumilikdə 7 medal qazanmış atletlərimiz komanda hesabında 3-cü yeri tutublar.
