Pleyeri seçin:
İspaniyanın “Marca” nəşri tarixin ən yaxşı futbolçularını açıqladı
Lionel Messi tarixin ən yaxşı futbolçusu elan olunub. Bu seçimi İspaniyanın məşhur “Marca” nəşri edib.
Siyahının 2-ci pilləsində Messi ilə daim rəqabətdə olan Kriştiano Ronaldo yer alıb. 3-cü yerdə isə braziliyalı futbol əfsanəsi Pele qərarlaşıb.
Sonrakı 3 pillədə Alfredo Di Stefano, Dieqo Maradona və Yohan Kroyf kimi futbol dahiləri mövqe tutub.
“Marca” nəşri tarixin ən yaxşısı adlandırdığı Messiyə həm də xüsusi mükafat təqdim edib. Karyerası ərzində klublarla 46, fərdi olaraq isə 56 mükafat qazanan Leonu “Marca” ən titullu futbolçu adına layiq görüb. Bununla əlaqədar argentinalı ulduza xüsusi mükafat təqdim olunub.
Kopyalandı
#Lionel Messi teqi istifadə olunub
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
- “Elite Polo Club” “Sea Breeze 2026” beynəlxalq turnirinin qalibi oldu
- Messi son qərarını verdi | Ulduz futbolçu əməliyyat olundu | Yeni idman xəbərləri - Baku TV
- Trampdan FIFA-ya xəbərdarlıq: "Böyük səhvdir!" | Yeni idman xəbərləri - Baku TV
- Lionel Messinin atası dünyasını dəyişib - Baku TV
