İtaliya çempionatı: “İnter” - “Yuventus” oyunu
İtaliya A Seriyasında 9-cu tur “İnter” – “Yuventus” görüşü ilə əlamətdar olub.
“Cuzeppe Meatsa” arenasında baş tutan matçda 8 qol vurulub. Hesabı 15-ci dəqiqədə penaltidən fərqlənən Pyotr Zelinski açıb.
Buraxılan topdan sonra fəallaşan “Qoca Sinyora” ardıcıl 2 dəfə “neradzurri”nin qapısına yol tapıb. Əvvəlcə Duşan Vlahoviç, bir qədər sonra Timoti Vea meydan sahiblərini məyus edib.
Lakin “İnter” ilk yarının sonunadək vəziyyəti dəyişib. Mikele Di Qreqorionu ardıcıl 2 dəfə məyus edən yerli komanda fasiləyə 3-2 hesabı ilə irəlidə yollanıb.
53-cü dəqiqədə Denzel Dumfris Milan təmsilçisinin üstünlüyünü 2 topa çatdırsa da, Turin klubu məğlubiyyətdən qurtula bilib. 2-ci hissədə oyuna daxil olan Kənan Yıldız dubl edərək “Yuventus”u xilas edib. Beləliklə, prinsipial qarşılaşma 4-4 hesabı ilə yekunlaşıb.
Ardıcıl 3 qələbədən heç-heçə edən “İnter” hazırda 2-ci yerdədir. 18 xalı olan “neradzurri” lider “Napoli”dən 4 xal geridədir. “Yuventus” isə 3-cü pillədə qərarlaşıb.
#İnter FK teqi istifadə olunub
- Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV
- "İnter" Hakan Çalhanoğlu ilə bağlı qərarını verdi | Yeni idman xəbərləri - Baku TV
- “Arsenal” bu oyunçunun transferi üçün hərəkətə keçdi | Yeni idman xəbərləri
- Cüzeppe Marotta “İnter”in transfer planlarını açıqladı
- Futbolçu ilə Avropanın digər klubları da maraqlanır
