Pleyeri seçin:
Joze Mourinyo növbəti dəfə istefaya göndərilə bilər
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Roma” klubunun rəhbərliyi baş məşqçi Joze Mourinyonu istefaya göndərməyə yaxındır. Buna səbəb kimi komandanın qənaətbəxş olmayan nəticələri göstərilir.
Belə ki, İtaliya kubokunun 1/4 finalında “Kremoneze”yə uduzan “canavarlar”ın çempionatın 24-cü turunda da bu komandaya məğlubiyyəti rəhbərliyin narazılığına səbəb olub. Aşağı pillələrdə olan klubla matçlarda uğursuz nəticələr, habelə kollektivdə ab-havanın korlanması Mourinyonun istefası ilə nəticələnə bilər.
Son xəbərlərə əsasən, portuqaliyalı mütəxəssis klubdan getsə, onun yerinə Tomas Tuxel dəvət olunacaq. Hazırda işsiz olan almaniyalı çalışdırıcının bu təklifə necə cavab verəcəyi isə hələ ki məlum deyil.
Kopyalandı
#Roma FK teqi istifadə olunub
