Joze Mourinyo Türkiyə nəhəngini çalışdıracaq
Yeniliklərdən dərhal xəbərdar olun
Cari mövsümü gümüş medallarla başa vuran və baş məşqçi İsmail Kartalla yollarını ayırmağı planlaşdıran “Fənərbağça” artıq dünyaca məşhur mütəxəssis Joze Mourinyo ilə razılıq əldə edib.
Bu barədə Türkiyə mətbuatında məlumat paylaşılıb. Bildirilib ki, portuqaliyalı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, daha əvvəl “Beşiktaş”ın da Joze Mourinyo ilə danışıqlar apardığı vurğulanırdı. Lakin 61 yaşlı mütəxəssisin yüksək məvacib tələbi təyinatın reallaşmasına mane olub.
Qeyd edək ki, Joze Mourinyo son olaraq “Roma” klubunu çalışdırıb. Bu ilin yanvarında komandadan ayrılan portuqaliyalının rəhbərliyi ilə “canavarlar” 2022-ci ildə Konfrans Liqasının qalibi olub.
Daha əvvəl isə Joze ölkəsinin “Benfika” və “Portu” klublarında, eləcə də Avropa nəhəngləri “Çelsi”, “İnter”, “Real Madrid”, “Mançester Yunayted” və “Tottenhem”ə rəhbərlik edib. Karyerası ərzində İngiltərə, İspaniya və İtaliya çempionu olan mütəxəssis 2 dəfə UEFA Çempionlar Liqasında qələbə qazanıb.
#Joze Mourinyo teqi istifadə olunub
- Joze Mourinyo braziliyalı oyunçunu ehtiyatda saxlayacaq?
- Ceydon Sançonun “Borussiya Dortmund”a növbəti qayıdışı gündəmə gəldi
- U-20 millimiz Pakistan yığmasına qalib gəldi | Yeni idman xəbərləri
- Minifutbol millimiz Avropa çempionatında finala yüksəldi | Yeni idman xəbərləri - Baku TV
- “Real Madrid” kral klubudur, tarixi komandadır” | Mourinyu
