Pleyeri seçin:

Klublararası dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib

01 iyul 2025 683 baxış

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

“Mançester Siti” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə qarşılaşıb.

Görüşdə sürpriz nəticə qeydə alınıb. Asiya təmsilçisi İngiltərə nəhəngini 4-3 hesabı ilə yenərək 1/4 finala adlayıb.

Oyunun taleyi əlavə vaxtda həll olunub. Oyunda hesabı 10-cu dəqiqədə “şəhərlilər”in yarımmüdafiəçisi Bernardu Silva açıb.

İkinci hissənin startında “Əl-Hilal” Markos Leonardonun qolu ilə hesabı bərabərləşdirib. 52-ci dəqiqədə Malkom ərəbləri hesabda önə çıxarıb. Ancaq cəmi 3 dəqiqə sonra “Mançester Siti”nin norveçli ulduzu Erlinq Holand 55-ci dəqiqədə bərabərliyi təmin edib.

Qarşılaşmanın əsas vaxtı 2-2 hesabı ilə başa çatıb. Əlavə vaxtın əvvəlində “Əl-Hilal” yenidən hesabı xeyrinə dəyişib. Bu dəfə müdafiəçi Kalidou Koulibali fərqlənib. Ancaq 104-cü dəqiqədə Fil Foden “Mançester Siti”nin bərabərlik qolunun müəllifi olub. Ərəbistan klubunun qələbə qolunu isə 112-ci dəqiqədə dubl edən Markos Leonardo vurub.

Beləliklə, “İnter”in ardından daha bir Avropa nəhəngi, Xosep Qvardiolanın baş məşqçisi olduğu “Mançester Siti” mübarizəni dayandırıb. Simeone İnzaqinin çalışdırdığı “Əl-Hilal” 1/4 finalda İtaliya “İnter”ini mübarizədən kənarlaşdıran “Fluminense” ilə qarşılaşacaq.

Banner
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 683 baxış
Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

İdman
22 oktyabr 2026 683 baxış
Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

İdman
22 oktyabr 2026 683 baxış
“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

İdman
21 oktyabr 2026 683 baxış
“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

İdman
21 oktyabr 2026 683 baxış
İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İdman
20 oktyabr 2026 683 baxış
Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

İdman
20 oktyabr 2026 683 baxış
Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

İdman
20 oktyabr 2026 683 baxış
Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

İdman
19 oktyabr 2026 683 baxış
Gimnastlarımız Dünya Kubokunda qalib oldular

Gimnastlarımız Dünya Kubokunda qalib oldular

İdman
19 oktyabr 2026 683 baxış
Seçilmişlər
icon