Konfrans liqası “Sabah” - “Partizan” matçı
Yeniliklərdən dərhal xəbərdar olun
“Sabah” komandası UEFA Konfrans liqasının III təsnifat mərhələsində cavab oyununa keçirib. “Bayquşlar” Serbiyada “Partizan” kollektivinin qonağı olub.
Belqradda baş tutan oyunda hesabı “Partizan” açıb. 30-cu dəqiqədə Mateus Saldanya fərqlənib. İlk hissədə başqa qol olmayıb.
İkinci yarıda serbiyalılar fərqi artıtrıblar. Bu dəfə Bibras Natxo “Sabah”ın qapısına yol tapıb. 2-0. Əsas vaxtda başqa qol olmayıb.
Bakıda keçirilən ilk görüşdə təmsilçimiz 2-0 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. Burada da tərəflər fərlənə bilmədiyindən 11 metrlik zərbələrə ehtiyac yaranıb. Penaltiləri daha dəqiq yerinə yetirən “Partizan” pley-off mərhələsinə adlayıb.
Qeyd edək ki, Serbiya komandası növbəti mərhələdə Danimarkanın “Norşellann” kollektivi ilə üz-üzə gələcək.
#Sabah FK teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
- Fərid Qayıbov Respublika Olimpiya İdman Liseyinin əhəmiyyətini vurğulayıb
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
