Kriştiano Ronaldo “Əl-Nəsr”də debüt matçından yazdı
Yeniliklərdən dərhal xəbərdar olun
Kriştiano Ronaldo “Əl-Nəsr” klubunda ilk rəsmi matçına çıxıb.
Portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda “Əl-İttifaq”la görüşdə 90 dəqiqə meydanda olub. Komandasını oyuna kapitan kimi çıxaran forvard özü qol vura bilməsə də, “Əl-Nəsr” qarşılaşmadan qalib ayrılıb. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub.
1-0 hesablı qalibiyyətdən sonra “Əl-Nəsr” 33 xalla Səudiyyə Ərəbistanı çempionatına başçılıq edir. Komanda ən yaxın izləyicisi “Əl-Hilal”ı 1 xal qabaqlayır.
Qeyd edək ki, “Əl-Nəsr”də debütündən sonra Kriştiano sosial media hesablarında oyunla bağlı paylaşım edib. İlk görüşündə qələbənin yaxşı nəticə olduğunu yazan Ronaldo inanılmaz dəstəyə görə bütün azarkeşlərə təşəkkür edib.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
