Kriştiano Ronaldo karyerasını bu tarixdə bitirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya futbolunun əsas ulduzlarından Kriştiano Ronaldo karyerasını nə vaxt bitirəcəyini açıqlayıb.
Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında forma geyinən təcrübəli forvard qarşısına 1000 qol vurmaq hədəfi qoyduğunu və zədəsi olmayacağı təqdirdə 41 yaşına qədər oynayacağını bildirib.
O bu məlumatı şəxsi "YouTube" kanalında İngiltərə yığmasının keçmiş müdafiəçisi Rio Ferdinandla müsahibəsi zamanı açıqlayıb.
Qeyd edək ki, karyerası ərzində “Real Madrid”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” kimi komandalarda çıxış edən Kriştiano Ronaldo klub forması ilə 763, Portuqaliya millisində isə 130 qolla yadda qalıb.
Ümumilikdə 893 qolun müəllifi olan veteran futbolçu 5 dəfə Çempionlar Liqasını qazanmaqla yanaşı, İngiltərə, İspaniya və İtaliya çempionatlarında, habelə bu ölkələrin kubok turnirlərində qalib gəlib.
Əlavə edək ki, 5 dəfə “Qızıl Top” mükafatına layiq görülən K.Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”in üzvüdür.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
