Kriştiano Ronaldo Lionel Messini qabaqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo daha bir göstərici baxımından digər futbolçuları qabaqlamağı bacarıb.
39 yaşlı veteran sosial şəbəkə hesablarında yerləşdirilən reklamlardan ən çox gəlir əldə edən oyunçudur. Kriştiano “Instagram”, “Facebook” və digər hesablarında verilən 1 sponsor paylaşımından 1,54 milyon funt sterlinq qazanır.
Daim Ronaldonun əsas rəqibi kimi göstərilən Messi isə bu baxımdan 2-ci yerdədir. Leonun 1 reklam paylaşımından əldə etdiyi gəlir 1,24 milyon funt sterlinqdir. 3-cü pillədə qərarlaşan Kilian Mbappe isə Kriştiano və Messidən çox geridədir. Kilianın sosial şəbəkə hesablarında reklam yerləşdirmək istəyənlər bunun üçün 277 min avro ödəməlidirlər.
Xatırladaq ki, Kriştiano Ronaldo 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Lionel Messi isə ötən ilin yayından ABŞ-nin “İnter Mayami” komandasının üzvüdür.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
