Kriştiano Ronaldo Lionel Messinin fanatlarına qəzəbləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun hücumçusu Kriştianu Ronaldu yoldaşlıq görüşündə “Əl-Hilal” azarkeşlərinin davranışına emosional reaksiya verib.
Belə ki, “Əl-Hilal”ın 2-0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə Kriştianonun hər dəfə topa toxunduğunda fanatların Lionel Messinin adını səsləndirməsi portuqaliyalını qəzəbləndirib. Ronaldo epizodlardan birində tribunadakı azarkeşlərə “Burada mənəm, Messi yox!”, – deyə cavab verib.
Xatırladaq ki, 2022-ci ilin sonlarından “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldo və hazırda “İnter Mayami”də top qovan Lionel Messi uzun müddət rəqabətdə olublar. Onlar “Real Madrid” və “Barselona”da çıxış etdikləri dövrdə qollar və titullar baxımından daim müqayisə olunurdular.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
