Kriştiano Ronaldo “Real”a qayıdır ?
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliyalı ulduz Kriştiano Ronaldonun oğlu Kriştiano Junior 4 il sonra “Real”ın akademiyasına qayıdıb.
14 yaşlılardan ibarət komandada çıxış edəcək balaca Kriştiano artıq akademiyada məşqlərə başlayıb. Daim atasının oynadığı klublarda çıxış edən Juniorun keçidindən sonra 37 yaşlı Kriştianonun da “Los Blankos”a qayıtması gündəmdədir.
Lakin KİV-də yayılan xəbərlərə görə, “kral klubu”nun rəhbərliyi veteran oyunçunun “Real”ın bazasında məşq etməsinə icazə versə də, onun dəvətində maraqlı deyil.
Xatırladaq ki, "Mançester Yunayted"dən ayrıldıqdan sonra azad agent statusunda olan Kriştiano Ronaldo 2009-2018-ci illərdə “Real”ın şərəfini qoruyub. Madrid təmsilçisinin heyətində 438 oyunda 450 qola imza atan forvard, həm də 131 məhsuldar ötürmə müəllifidir. O bu müddət ərzində "Real”la La liqa, İspaniya kuboku və superkubokunda 2, Çempionlar Liqasında 4, UEFA Super Kuboku və klublararası dünya çempionatında isə 3 dəfə qalib olub.
