Kriştiano Ronaldo yeni rekordlara imza atdı
Yeniliklərdən dərhal xəbərdar olun
AVRO 2024-ün seçmə mərhələsində J qrupunda yer alan Portuqaliya millisi ilk turda Lixtenşteyni 4-0 hesabı ilə məğlub edib.
Qarşılaşma Kriştiano Ronaldonun rekordları ilə əlamətdar olub. 51-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən veteran hücumçu 63-cü dəqiqədə cərimə zərbəsindən fərqlənib. Bununla da, Kriştiano yığmalar səviyyəsində rəsmi görüşlərdə 100 qol göstəricisinə çatan ilk futbolçu olub.
Ümumən Portuqaliya seçməsində 120 topun müəllifi olan Ronaldo həm də qatıldığı oyunlar baxımından dünya rekordunu yeniləyib. Belə ki, millinin heyətində 197-ci matçda meydana çıxan 38 yaşlı forvard bu baxımdan 1-ci olub.
Daha bir diqqət çəkən oyunda AVRO-2020-nin finalında İtaliya yığmasına uduzan İngiltərə millisi rəqibindən revanş alıb. Neapolda qarşılaşan komandaların matçında ilk yarı britaniyalıların 2-0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qonaqların heyətində Deklan Rays və Harri Keyn fərqlənib.
2-ci hissədə təzyiqi artıran Skuadra Adzurra ancaq 1 topun əvəzini çıxa bilib. Mateo Reteqinin qolu meydan sahibləri üçün yalnız təsəlli olub. Beləliklə, 2-1 hesabı ilə qalib gələn İngiltərə komandası seçmə mərhələyə qələbə ilə start verib.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
