Kriştiano Ronaldodan yeni rekord: 850-ci qoluna imza atdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya futbolunun əsas ulduzlarından olan Kriştiano Ronaldo daha bir uğura imza atıb.
Belə ki, portuqaliyalı superulduz sentyabrın 2-si “Əl-Həzm”ə 5:1 hesabı ilə qalib gəldikləri matçda karyerasının 850-ci qolunu vurub. Təcrübəli oyunçu görüşün 68-ci dəqiqəsində fərqlənməyi bacarıb. Bu nəticə ilə Ronaldo rəsmi oyunlarda vurulan qolların sayına görə rekordçudur.
Siyahıda 2-ci yeri 818 qolla “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi tutur.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı çempionatının 4-cü tur “Əl-Şabab”la matçında dubl edən və milli çempionatlarda 517-ci qoluna imza atan Ronaldo ölkə çempionatlarında da ən çox fərqlənən futbolçu adına yiyələnib.
Xatırladaq ki, Kriştiano 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir. Bu müddət ərzində 30 oyunda forma geyinən 38 yaşlı forvard 26 qolla yadda qalıb. Bir müddət əvvəl isə Kriştiano komandası ilə Ərəb Klublarının Çempionlar Kubokunda qələbə qazanıb.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
