Kriştiano Ronaldonun karyerasını növbəti mövsümü harada keçirəcəyi ilə bağlı yeni məlumatlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsi ilin sonunda başa çatacaq.
Portuqaliyalı ulduzun karyerasında növbəti mövsümü harada keçirəcəyi ilə bağlı şayiələr artmaqda davam edir.
Müzakirə olunan mümkün variantlar arasında Türkiyənin “Beşiktaş” klubunun adı da hallanır. Müəyyən olunub ki, Ronaldonun “Mançester Yunayted”də birlikdə çalışdığı hazırda isə İstanbul klubunun baş məşqçisi Ole Qunnar Sulşer futbolçunun xidmətində şəxsən maraqlıdır.
Qeyd olunur ki, norveçli mütəxəssis bu istəyini klub rəhbərliyinə də çatdırıb. “Beşiktaş” klubunun rəsmiləri isə konkret cavab verməyiblər.
Britaniya mediası 40 yaşlı forvardın müqaviləsi başa çatdıqdan sonra keçə biləcəyi beş potensial klubun siyahısını da təqdim edib. Bunlar Portuqaliyanın “Sportinq” klubu, Səudiyyə Ərəbistanının “Əl-Əhli” kollektivi, ABŞ-nin “Los-Anceles” komandası, İngiltərə Premyer Liqası təmsilçisi “Çelsi” və Türkiyənin “Beşiktaş” klubudur.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
