Lionel Messi Barselonaya gedib
Yeniliklərdən dərhal xəbərdar olun
PSJ-nin superulduzu Lionel Messinin “Barselona”ya qayıtması yenidən dünya gündəmindədir.
Belə ki, 35 yaşlı forvardın Barselona şəhərinə getməsi onun “blauqrana”ya keçidi ilə bağlı xəbərlərin artmasına səbəb olub. Ancaq sonradan sosial şəbəkələrdə yayılan şəkillər Messinin Barselonaya nə üçün getdiyinə aydınlıq gətirib.
Liqa 1-in son turunda PSJ-nin qələbə qolunu vuran Leo burada keçmiş komanda yoldaşları Serji Buskets və Jordi Alba ilə görüşüb. Onlar xanımları ilə birlikdə şəhər gəzintisinə çıxıblar.
Qeyd edək ki, son vaxtlar Messinin atası Xorxenin “Barselona” klubunun prezidenti Joan Laporta ilə danışıqlar apardığı barədə xəbərlər paylaşılır. Veteran oyunçunun PSJ ilə müqaviləsini uzatmaqdan imtina etməsi isə onun “blauqrana”ya qayıdacağı ilə bağlı xəbərlərin daha da yayılmasına səbəb olub. Lakin futbolçuya yaxın olan şəxslər Leonun Devid Bekhemin sahibi olduğu “İnter Mayami”yə keçmək istədiyini bildirirlər.
#Lionel Messi teqi istifadə olunub
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
- “Elite Polo Club” “Sea Breeze 2026” beynəlxalq turnirinin qalibi oldu
- Messi son qərarını verdi | Ulduz futbolçu əməliyyat olundu | Yeni idman xəbərləri - Baku TV
- Trampdan FIFA-ya xəbərdarlıq: "Böyük səhvdir!" | Yeni idman xəbərləri - Baku TV
- Lionel Messinin atası dünyasını dəyişib - Baku TV
