Pleyeri seçin:
Lionel Messi izdihamdan güclə xilas olub
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
PSJ-nin ulduz futbolçusu Lionel Messi Argentinanın paytaxtında olarkən çətin anlarla üzləşib.
L.Messinin şam yeməyi üçün ailəsi ilə birlikdə Buenos-Ayresin məşhur restoranlarından birinə yollandığını öyrənən fanatlar tezliklə həmin əraziyə gəliblər. Onlar Leonun əyləşdiyi məkanın qarşısında toplaşaraq millinin kapitanının adını səsləndirməyə başlayıblar.
Messinin restoranda olduğu müddətdə onun fotolarını çəkməyə çalışan azarkeşlər hücumçu oranı tərk etdikdən sonra qarşısını kəsərək ona toxunmağa və xatirə şəkli çəkdirməyə çalışıblar. Nəticədə Leo yaxınlıqda park etdiyi avtomobilinə yalnız polis əməkdaşları və mühafizənin köməyi ilə əyləşə bilib.
Kopyalandı
#Lionel Messi teqi istifadə olunub
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
- “Elite Polo Club” “Sea Breeze 2026” beynəlxalq turnirinin qalibi oldu
- Messi son qərarını verdi | Ulduz futbolçu əməliyyat olundu | Yeni idman xəbərləri - Baku TV
- Trampdan FIFA-ya xəbərdarlıq: "Böyük səhvdir!" | Yeni idman xəbərləri - Baku TV
- Lionel Messinin atası dünyasını dəyişib - Baku TV
