Lionel Messi üçün heykəl ucaldıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Argentina millisinin kapitanı, superulduz Lionel Messi üçün daha bir heykəl hazırlanıb. Heykəlin təqdimatı Libertadores Kubokunun püşkatma mərasimi zamanı baş tutub.
Belə ki, Paraqvayın Luke şəhərində keçirilən tədbirdə Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Alexandro Dominges son dünya çempionatının qalibi Argentina yığmasını qəbul edib.
Təntənəli mərasimin gedişatında mundialda iştirak edən futbolçulara, habelə “albiseleste”nin məşqçilər heyətinə dünya kuboku, Finalissima mükafatı və Amerika kubokunun surətləri təqdim olunub. Millinin kapitanı L.Messiyə isə dünya futbolunda liderliyini simvolizə edən əsa hədiyyə edilib.
Bundan başqa, Leonun Cənubi Amerika Futbol Konfederasiyasının mənzil qərargahının yaxınlığında ucaldılacaq heykəlinin də təqdimatı baş tutub.
Qeyd edək ki, sözügedən heykəl futbol əfsanələri Dieqo Maradona və Pelenin heykəllərinin yaxınlığında qoyulacaq.
#Lionel Messi teqi istifadə olunub
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
- “Elite Polo Club” “Sea Breeze 2026” beynəlxalq turnirinin qalibi oldu
- Messi son qərarını verdi | Ulduz futbolçu əməliyyat olundu | Yeni idman xəbərləri - Baku TV
- Trampdan FIFA-ya xəbərdarlıq: "Böyük səhvdir!" | Yeni idman xəbərləri - Baku TV
- Lionel Messinin atası dünyasını dəyişib - Baku TV
