Pleyeri seçin:

Mahir Emreli mətbuata od püskürdü | Heç bir söhbəti meydandan kənara daşımırıq

01 oktyabr 2024 376 baxış

“Heç bir komanda yoldaşımla aramda mübahisə olmayıb”.

Bunu “Azərtac”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Hannover”lə matçdan öncə iki komanda yoldaşı ilə mübahisə etməsi barədə Almaniya mətbuatında yer alan xəbərlərə münasibət bildirərkən deyib.

O bildirib ki, Almaniya mətbuatında tez-tez dezinformasiyalara rast gəlmək mümkündür:

“Bunu təkcə mən yox, yerli əhali də deyir. Onların sözlərinə görə, alman mətbuatında yayılan xəbərlərin yalnız 20-30 faizi doğru olur. Heç bir komanda yoldaşımla aramda mübahisə olmayıb. Yəqin, kiçik bir məsələni böyüdərək sensasiya yaratmaq istəyiblər. Futbol oynayanda istər-istəməz emosiyalar olur. Çünki burada qalib gəlmək də, uduzmaq da var.

Məğlubiyyət olanda kimsə əsəbləşə, bir-birinə sataşa bilər. Lakin bu ancaq meydan daxilində baş verir. Heç bir söhbəti meydandan kənara daşımırıq. Bütün komandalarda belə olur. Nə olursa olsun, dava yolverilməzdir. Həmçinin mən kluba yeni gəlmişəm. Hazırda kollektivə uyğunlaşmağa çalışıram.

Azərbaycan mətbuatı da doğru olmayan məlumatları yaymadan öncə aydınlaşdırmalı, xoş xəbərlər yazmağa diqqət yetirməlidir. Çünki saxta xəbərlərin yayılması həm idmançıya, həm də komandaya ziyan verir. Biz dezinformasiyalara çox da fikir vermirik. Düşünürəm ki, bunlar o qədər də önəmli məsələlər deyil”.

Qeyd edək ki, Mahir Emrelinin də çıxış etdiyi “Nürnberq” 7 turdan sonra 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Banner
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 376 baxış
Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

İdman
22 oktyabr 2026 376 baxış
Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

İdman
22 oktyabr 2026 376 baxış
“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

İdman
21 oktyabr 2026 376 baxış
“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

İdman
21 oktyabr 2026 376 baxış
İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İdman
20 oktyabr 2026 376 baxış
Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

İdman
20 oktyabr 2026 376 baxış
Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

İdman
20 oktyabr 2026 376 baxış
Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

İdman
19 oktyabr 2026 376 baxış
Gimnastlarımız Dünya Kubokunda qalib oldular

Gimnastlarımız Dünya Kubokunda qalib oldular

İdman
19 oktyabr 2026 376 baxış
Seçilmişlər
icon