“Mançester Siti” klublararası dünya çempionatında mərhələ adladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Mançester Siti” klublararası dünya çempionatının II turunda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunu 6-0 hesabı ilə darmadağın edib.
Qarşılaşma ABŞ-nin Atlanta şəhərində baş tutub.
Qolları 8 və 73-cü dəqiqələrdə İlkay Gündoğan, 27-ci dəqiqədə Klaudio Eçeverri, 45+5-ci dəqiqədə Erlinq Holand, 84-cü dəqiqədə Oskar Bobb və 89-cu dəqiqədə Rayan Şerki vurub.
“Mançester Siti” və “Əl-Əyn” G qrupunda mübarizə aparır. İngiltərə komandası qrup mərhələsində ikinci qələbəsini qazanaraq 6 xalla pley-offa vəsiqəni təmin edib.
Eyni xala iyunun 26-da pley-off mərhələsində “Mançester Siti” ilə oynayacaq İtaliyanın “Yuventus” klubu da malikdir.
“Əl-Əyn” son turda Mərakeşin “Vidad” klubu ilə qarşılaşacaq. İki turdan sonra komandaların xalları yoxdur.
#Mançester Siti FK teqi istifadə olunub
- "Mançester Siti" Əyyub Buaddi transferini yüz milyona bitirdi
- Tramp DÇ ilə bağlı görün nə təklif etdi | Yeni idman xəbərləri - Baku TV
- "Mançester Siti" yeni baş məşqçisini tezliklə açıqlayacaq
- Bernardu Silva “Mançester Siti” ilə vidalaşdı | Yeni idman xəbərləri
- "Mançester Siti" və "Çelsi"də gözlənilməz ayrılıq olacaq? - Yeni idman xəbərləri - Baku TV
