“Mançester Siti”də ciddi islahatlar davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Mançester Siti”nin kapitanı Kayl Uoker karyerasını İtaliyada davam etdirəcək.
Məşhur jurnalist Fabritsio Romanonun yaydığı məlumata görə, 34 yaşlı müdafiəçi icarə əsasında “Milan”a qoşulacaq. “Rossoneri” Kaylı tam transfer etmək hüququna da malik olacaq.
Mançester klubu Kayl Uokerlə yanaşı, daha bir neçə futbolçu ilə vidalaşmaq niyyətindədir. Heyətdə ciddi islahatlara hazırlaşan İngiltərə çempionu Cek Qriliş və İlkay Gündoğanla yollarını ayıracaq.
Əvvəlki formasından uzaq olan Cek bu yay, “Qalatasaray”la danışıqlar aparan İlkay isə artıq bu ay komandadan gedə bilər.
Bundan başqa, “Siti”nin liderlərindən Kevin De Brüynenin də gələcəyi sual altındadır. Bu yayadək olan sözləşməsini uzatmağa tələsməyən belçikalı Yaxın Şərq klublarından gələn təklifləri nəzərdən keçirir.
#Mançester Siti FK teqi istifadə olunub
- "Mançester Siti" Əyyub Buaddi transferini yüz milyona bitirdi
- Tramp DÇ ilə bağlı görün nə təklif etdi | Yeni idman xəbərləri - Baku TV
- "Mançester Siti" yeni baş məşqçisini tezliklə açıqlayacaq
- Bernardu Silva “Mançester Siti” ilə vidalaşdı | Yeni idman xəbərləri
- "Mançester Siti" və "Çelsi"də gözlənilməz ayrılıq olacaq? - Yeni idman xəbərləri - Baku TV
