Pleyeri seçin:
Marko Yankoviç “Qarabağ”dan ayrıla bilər
“Qarabağ”ın monteneqrolu ulduzu Marko Yankoviç klubdan gedə bilər.
Yerli mediada yayılan məlumata görə, 28 yaşlı yarımmüdafiəçi “Auqsburq” klubunun transfer hədəfinə çevrilib.
Almaniya təmsilçisinin rəhbərliyi Avropa liqasında “Qarabağ” və “Bayer” arasında matçda Markonu izləyərək onun çıxışını bəyənib.
Komandanın təmsilçilərindən biri isə Antalyada Monteneqro və Belarus yığmaları arasında yoldaşlıq görüşünə də yollanaraq yenidən Markonu izləyəcək.
Bundesliqa təmsilçisinin mövsümün sonunda Yankoviçin transferi ilə bağlı “Qarabağ”a rəsmi təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, 28 yaşlı Marko Yankoviç 2022-ci ildən “Qarabağ”da çıxış edir. 81 oyunda 6 qol vuran futbolçu ötən mövsüm Azərbaycan çempionatında qalib gəlib.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
