Pleyeri seçin:
Meydana qaçan it futbol oynamaq istədi
Çili çempionatının 14-cü turu maraqlı hadisə ilə yadda qalıb.
“Kuriko Unido” və “Palestino” kollektivləri arasında matçın 7-ci dəqiqəsində meydana it daxil olub. Topa tərəf qaçan heyvan onu tutaraq buraxmaq istəməyib.
Yekunda “Palestino”nun üzvü Maksimiliano Salas iti meydandan çıxarmağa müvəffəq olub.
Kopyalandı
